Xəbər lenti
Bakıda zəncirvari qəza - Yaralılar var

Bakıya yağan güclü qar və yolların buz bağlaması Sabunçu rayonu ərazisində zəncirvari qəzaya səbəb olub.
“Report” xəbər verir ki, rayonun Zabrat qəsəbəsi ərazisində 4 avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, yol sürüşkən olduğundan sürücülər idarəetməni itirib və maşınlar bir-birinə dəyib. Nəticədə 6 nəfər xəsarət alıb. Onlardan 4 nəfəri eyni avtomobildə olan bir ailənin üzvləridir. Bunlar 1990-cı il təvəllüdlü Məhərrəmov Cəlil Babək oğlu, 1986-cı ildə anadan olmuş Məhərrəmova Mahnur Tahir qızı, onların 2 və bir yaşlı oğlanları Cavid və Səid Məhərrəmovlardır.
Digər nəqliyyat vasitəsində olan 1968--ci il təvəllüdlü Qasımova Nahidə Şəfi qızı və onun qızı,1989-cu ildə anadan olmuş Məhərərmova Şəbnəm Babək qızı da müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar