Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni silahlı birləşmələrinin qalıqları kəndlərdən təmizlənir

Tarix: 15-12-2020 12:48     Baxış: 4135 A- / A+
Erməni silahlı birləşmələrinin qalıqları kəndlərdən təmizlənir

Azərbaycan ordusu Xocavəndin Çaylaqqala və Köhnə Tağlar kəndlərində (əvvəllər Hadrut rayonunun tərkibində idi) antiterror əməliyyatı keçirdikdən sonra Laçın dəhlizindən başlayıb işğaldan azad olunmuş ərazilərin içərilərinə aparan dağ yollarına da nəzarəti təmin edib.

Manevr.az xatırladır ki, Laçın dəhlizindən, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdən sızdığı təxmin edilən erməni terrorçu dəstələri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində hərbçilərə və mülki şəxslərə qarşı hücumlar həyata keçirmişdi. Erməni yaraqlıları Çaylaqqala və Köhnə Tağlar kəndlərinə Laçın dəhlizindən, Şuşanın Turşsu kəndi yaxınlığından çətin keçilən dağ yolu ilə hərəkət etmişdilər.

Qeyd edək ki, Laçın və Şuşa arasında, yüksək dağlıq ərazilərdə bir-birindən xeyli aralı yerləşən daha üç kənddə erməni yaraqlıların qaldığı bildirilir. Bunlar Şuşanın Kiçik Qaladərəsi və Böyük Qaladərəsi, Laçının Köhnəkənd (əvvəlki adı Kirs olub) kəndləridir. Bu kəndlərə aparan yeganə dağ yolları Laçın-Şuşa şossesindən, yəni hazırda Rusiya sülhməramlılarının nəzarətində olan dəhlizdən başlayır. Dəhlizin eni 10 noyabr üçtərəfli razılaşmasına əsasən 5 kilometr müəyyənləşdirilib və deməli yoldan 2.5 kilometr şimaldan, 2.5 kilometr cənubdan başlayan qalan ərazilər Azərbaycan ordusunun nəzarətindədir.

Erməni mənbələrinin bildirdiyinə görə Azərbaycan ordusu dekabrın 13-də dəhlizdən cənubda həmin kəndlərə aparan yolları nəzarət altına alıb. Erməni tərəfi məsələ ilə bağlı Rusiya sülhməramlı qüvvələrinə müraciət edib və dünənə olan vəziyyətə görə, danışıqlar aparılırdı.

Böyük Qaladərəsi kəndində mülki şəxslərdən heç kim yoxdur, onlar hələ hərbi əməliyyatlar davam edəndə kəndi tərk ediblər. Köhnəkənddə yaşayan 60 ermənidən isə hazırda 15-i oradadır. Onlar bir neçə gün əvvəl kəndə qayıdıblar. Lakin Azərbaycan ordusunun kəndə gedən yolları nəzarətə götürməsindən sonra Rusiya sülhməramlıları onları kənddən çıxarıblar. Bununla belə kəndlərdə erməni silahlı birləşmələrinin qalıqlarının olduğu bildirilir. Azərbaycan ordusunun hissələrinin bilavasitə həmin kəndlərə daxil olduğu haqda məlumat yoxdur.

Çaylaqqala və Köhnə Tağlar kəndləri ətrafında baş verən hadisələrin də göstərdiyi kimi darmadağın edilmiş erməni ordusunun qalıqları azsaylı qruplar şəklində azad olunmuş ərazilərin dərinliklərinə sızmaq, orada döyüş mövqeləri qurmaq və daha sonra Rusiya sülhməramlılarını köməyə çağıraraq möhkəmlənmək, yəni hansısa anklavlar yaratmaq cəhdləri edirlər. Azərbaycan isə buna imkan verə bilməz və erməni silahlı qruplarının işğaldan azad edilmiş ərazilərə sızmasının qarşısını almaq üçün Laçın dəhlizindən başlayan dağ yollarına nəzarəti təmin etməlidir./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar