Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xüsusi təyinatlılarla bağlı saxta videoları kim hazırlayır? - Sensasion açıqlama

Tarix: 09-12-2020 18:53     Baxış: 3221 A- / A+
Xüsusi təyinatlılarla bağlı saxta videoları kim hazırlayır? - Sensasion açıqlama

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu Azərbaycan Ordusuna qarşı nəzərdə tutulan və bəlkə də artıq planlaşdırılmış məkrli əməlləri təhlil edib.
Manevr.az xəbər verir ki, politoloq tarixə ekskursiya edərək ilk əvvəl 2016-cı ilin aprelində gerçəkləşən hərbi əməliyyatlara da toxunub:

“Döyüşlərindən sonra ordumuzun başına gətirilən dəhşətli hadisələri durmadan işıqlandırmışam və bu işdə hüquq müdafiəçisi Oqtay Gülalıyevin məndən də fəal olduğu çoxlarına məlumdur. Söhbət "Tərtər işi" adı ilə bəlli olan ağır dövləti cinayətdən gedir. Məhz həmin döyüşlərdən bir müddət sonra Azərbaycan Ordusunun Tərtər qarnizonunun hərbçilərinə qarşı Azərbaycan Hərbi Prokurorluğu tərəfindən erməni kəşfiyyatına işləmək saxta ittihamı ilə cinayət işi açılmışdı və "istintaq" zamanı hərbçilərimizə qarşı total qeyri-insani işgəncələr tətbiq olunmuşdu. Hərbi prokuror Xanlar Vəliyevin, keçmiş baş prokuror Zakir Qaralovun, onun keçmiş birinci müavini Rüstəm Usubovun rəhbərliyi altında MN Baş Təhlükəsizlik İdarəsinin hərbçiləri tərəfindən həyata keçirilən həmin vəhşi işgəncələr nəticəsində 14 nəfər ölüb, 200-dən artıq insan isə ağır xəsarətlər alaraq şikəst olub.

Bütün bu cinayətkar əməllərin arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığını da dəfələrlə yazmışam, bu haqda müsahibələrimdə danışmışam. Oqtay Gülalıyevin başına gələnlərin heç də təsadüf olmadığını demişəm, çünki həmin yazılarımdan sonra 2018-ci ilin mayında Bakıya dönəndə mənə təhlükəsizliyimi təmin etmək təklif olundu. Mən bundan imtina elədim”.

Siyasi şərhçi mövcud qələbəmizə keçid edərək bunun düşməni kəskin şəkildə sarsıtdığını diqqətə çatdırıb:

“Azərbaycan Ordusunun parlaq qələbəsi bizi və dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də dərindən məyus edib. Diqqətçəkən məqamlardan biri 10 noyabr üçtərəfli bəyanatın ardınca elan olunan atəşkəsdən bir müddət sonra Azərbaycan əsgərlərinin guya baş kəsməsilə bağlı yayılan çoxsaylı videolardır. Həmin videolar ki, orada ermənilərin başını kəsənlər kimi, əsasən, məhz xüsusi təyinatlılarımız əks olunub.

Şəxsən mən həmin videoların saxta olduğuna, məqsədli hazırlandığına və onları yayanların Azərbaycan ordusunun vuran əli olan XTQ-yə qarşı "Tərtər işi" tipli təxribata hazırlıq məqsədi güddüyünə əminəm. Bunu təsadüfən demirəm, müraciət etdiyim mütəxəssislər də həmin videoların saxtalığı ehtimalının yüksək olduğunu iddia edirlər.

Düşünürəm ki, ölkəmizin dövlət orqanlarının, xüsusilə də DTX və Dövlət Mühafizə Xidmətinin bunu araşdırmaq üçün yetərincə yüksək səviyyəli mütəxəssisləri var və həmin qurumlar da bunu edəcəklər. Çünki söhbət təkcə Azərbaycanın və onun müzəffər ordusunun imicindən yox, ölkənin milli təhlükəsizliyindən gedir.

Söhbət daxili düşmənlərin əlilə ordumuza, xüsusilə də onun vuran əli olan XTQ-yə qarşı hazırlanmış cinayətə zəmin yaratmaq üçün ictimai rəyi manipulyasiyadan gedir. Söhbət Azərbaycanın qalib ordusunu dünyaya başkəsən cinayətkar dəstə kimi təqdim etmək cəhdindən gedir. Bunun qarşısını var gücümüzlə almalıyıq. Etik səbəblərdən və düşmənin mərkli planlarına dəstək olmamaq üçün həmin videoların heç birini paylaşmıram, amma müraciət etdiyim mütəxəssislərlə birlikdə gəldiyimiz ümumi rəyi əks etdirən bir neçə məqamı bölüşməyi zəruri hesab edirəm”.

Politoloq hesab edir ki, telefona çəkildiyi iddia edilən həmin videolardakı səslər sonradan studiya şəraitində xüsusi səsyazma texnikası vasitəsilə əlavə olunub. Bu səbəbdən də orada yer almalı olan kənar səslər (küylər) yoxdur:

“Telefon çəkilişi zamanı isə onlar mütləq olmalıdır. Gəldiyimiz digər bir qənaət odur ki, məhz XTQ hərbçilərinin kamera qarşısında belə rahatlıqla qətl törətməsi və sonradan onun videogörüntülərini yayması ağlasığmaz görünür. Xüsusi təyinatlıların nə statusu, nə də mənəvi-psixoloji hazırlığı bunu etməyə heç bir əsas vermir.

Üçüncü məqam isə videoların yayılma vaxtı ilə bağlıdır. Bu gün əldə olunmuş 10 noyabr anlaşması ilə bağlı cəmiyyətdə müəyyən fikir müxtəlifliyi səbəbindən gedən diskussiyalar fonunda belə materialların yayılması ən yüksək effekt verə bilər. Başqa sözlərlə, vaxt da ideal seçilib. Nəhayət, araşdırmalar göstərir ki, həmin videoların mütləq əksəriyyətinin əsas mənbəyi müəmmalı Telegram kanallarıdır. Bir neçə eyni tipli videoların eyni kanalların "əlinə düşməsi" təbii ki, suallar doğurmaya bilməz. Beləliklə, bu gün hamılıqla, var gücümüzlə ordumuzun yanında olmalı, onu düşmən təxribatlarından qorumalı, düşmənə gücümüzü göstərməliyik. Bunları etməsək, onun (düşmənin) iyrənc əməlləri təkcə davam etməyəcək, həm də ordumuzu, cəmiyyətimizi tam məhv edəcək. Elə öz içimizdəkı satqınların və xainlərin əlilə”./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar