Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Əhəd Abıyevin halı niyə pisləşib? - Şok ölüm xəbəri gəlib

Tarix: 30-01-2017 17:10     Baxış: 6349 A- / A+
Əhəd Abıyevin halı niyə pisləşib?


Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşı rəhmətə gedib.

Bu barədə Publika.az-a açıqlamasında Əhəd Abıyev özü məlumat verib.

Ə.Abıyev deyib ki, qardaşının ölüm xəbərini yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda iştirakı zamanı alıb:

“Cənab Prezidentin keçirdiyi iclasdan sonra telefonu açıb cavab verəndə çox pis xəbəri aldım. Qardaşım oğlu zəng edib mənə dedi ki, qardaşın rəhmətə gedib. Telefona cavab verəndə iclas artıq başa çatmışdı. Həmin an çox pis oldum, halım pisləşdi. 75 yaşı var idi”.

Xatırladaq ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Daşkəsənin İcra başçısı Əhəd Abıyevin halı qəfil pisləşib.

BakiPost.az-ın məlumatına görə, konfransın birinci hissəsi başa çatdıqdan sonra icra başçısı zaldan çıxarkən başı gicəllənib və özünü güclə foyedəki skamyaya çatdırıb.

Ətrafdakı insanlar, media nümayəndələri ona yardım ediblər, Təcili Yardım çağırmaq istəyiblər. Lakin o, həkimə ehtiyacın olmadığını bildirib, su istəyib. Hadisə şahidlərinin sözlərinə görə, Ə. Abıyevin əlləri əsirmiş.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar