Xəbər lenti
Ermənilər əsir aldıqları sürücünü müharibə bitdikdən sonra amansızlıqla qətlə yetiriblər

Xətai rayonu 7 nömrəli Təcili Tibbi Yardım Stansiyasının sürücüsü şəhid Fəxrəddin Yaqubov dünən dəfn edilib. Təcili Tibbi Yardım maşını sürücüsü Fəxrəddin Yaqubov noyabrın 22-də itkin düşüb. O, İkinci Qarabağ savaşında ən təhlükəli nöqtələrdən yaralı döyüşçüləri çıxarıb. Bundan əlavə o əsgərlərə yardım daşıyırmış. Elə yardım apararkən noyabrın 22-də Şuşa yolunda itkin düşmüşdü. Onun azaraq düşmən tərəfə keçdiyi və əsir götürüldüyü ehtimal olunurdu.
Noyabrın 30-da vandallar bu fədakar insanın meyitini bizə veriblər. Müharibə ayın 10-da bitsə də ermənilər yenə vəhşiliklərindən əl çəkməyərək əsir götürülmüş sürücünü vəhşicə qətlə yetiriblər. Belə ki, ailənin yaxınlarından birinin dediyinə görə onlar mərhumun meyitinə işgəncə veriblər. Nəşini parçalayıblar. Dünən səhər saatlarında Fəxrəddin Yaqubovla vida mərasimi keçirilib. Bundan sonra onun nəşi Xətai rayonundakı Şəhidlər Xiyabanına aparılıb.
Şəhid sürücünün dəfn mərasimində rayon rəhbrəliyi də iştirak edib. Vətən yolunda ömrünü qurban verən bu insana Allahdan rəhmət. Ailəsinə səbr diləyirik./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar