Sizin Reklam Burada
Xəbər lenti
09-11-2026
08-11-2026
BÜTÜN XƏBƏRLƏR

Hacıqabul sakinini 8 nəfər döyüb öldürdü

Tarix: 18-08-2016 17:23     Baxış: 2529 A- / A+
Hacıqabul sakinini 8 nəfər döyüb öldürdü

Hacıqabulda 46 yaşlı rayon sakini qətlə yetirilib.

Qətl hadisəsi səhər saatlarında Hacıqabul rayonunun Kolanı kəndində qeydə alınıb. Kolanı kənd sakini, 1970-ci il təvəllüdlü Şirəliyev Cahangir Sərhəd oğlu qan düşmənçiliyi zəminində 8 nəfər tərəfindən dəmir ling və digər küt alətlərlə döyülərək qətlə yetirilib. Ağır zərbələr alan C.Şirəliyev hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, qətlə yetirilən şəxsin atası Kolanı kənd sakini, 1934-cü il təvəllüdlü Şirəliyev Sərhəd Səhət oğlu ötən il avqustun 8-də qohumu, 1971-ci il təvəllüdlü Ədilov Habil Nəcəf oğlunu ov tüfəngindən açdığı atəşlə qətlə yetirib. Bu gün səhər saatlarında baş verən qətldə mərhum Habil Ədilovun qardaşları və yaxın qohumları iştirak edib.

Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılıb.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (APA)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar