Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda tanınmış şair vəfat etdi - Şəkil

Tarix: 26-11-2020 21:18     Baxış: 3214 A- / A+
Azərbaycanda tanınmış şair vəfat etdi - Şəkil

Şair Nisə Bəyim (Rəhimova) vəfat edib.

Manevr.az xəbər verir ki, bu barədə onun qardaşı oğlu Toğrul Rəhimli "Facebook"da yazıb.

Nisə Bəyim 1955-ci ildə Sabirabadda anadan olub. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunur. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunub.

"Arazım, Xan Arazım", "İlahi vaxt", "Əbədiyyət", "Himn", "Ürək simfoniyası" poemaları Azərbaycan dövlət radiosunda radio-tamaşa kimi hazırlanaraq efirdə səsləndirilib.

Ədəbi mühitdə poeziya nümunələri ilə bərabər, "Dəniz yuxusu", "Günəş ovu", "Doğmalıq" hekayələri, "İtirilmişlərdən biri", "Bütün həqiqətlər sözlərdədir", "Poeziya haqqında", "Sorun ki, bu nə sevdadır", "Ey Yazıq, sənə zülm eləmişlər", "Bütün həqiqətlər məndədir...", "Klassik notlar", "Aran uşağı haqqında hekayət", "Bağlı vaxt" esse və publisist məqalələri də maraqla qarşılanıb.

"Yerə, Göyə, Tanrıya", "İlahi Vaxt", "Ulduz səsləri", "Ayla, Günlə bərabər" və başqa kitabların müəllifidir.

Allah rəhmət eləsin.

Manevr.az
Azərbaycanda tanınmış şair vəfat etdi - Şəkil

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar