Xəbər lenti
Qarabağ mitinqinə görə həbs olunan AXCP üzvləri azadlığa buraxıldılar
Orduya dəstək yürüşündə həbs olunan 21 nəfər ev dustaqlığına buraxılıb.
Manevr.az xəbər verir ki, bu haqda Səbail rayon Məhkəməsində müvafiq qərar çıxarılıb.
Səbail rayon məhkəməsində hakim Ağamalı Qafarovun sədrliyi ilə keçirilənm prosesdə Qarabağ yürüşünə görə həbs olunan 36 nəfərdən 21-nin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətə baxılıb.
Məhkəmə vəsatəti təmin edib.
Ev dustaqlığına buraxılan AXCP üzvləri:
1. Fuad Qəhrəmanlı 2. Asif Yusifli 3. Məmməd İbrahim 4. Ayaz Məhərrəmov 5. Bəxtiyar Imanov 6. Baba Süleymanov 7. Ceyhun Novruzov 8. İsmayıl Həsənov 9. Müşviq Quliyev 10. Telman Seyfullayev 11. Məhəbbət Nağıyev 12. Seymur Əhmədov
Müsəlman Birliyi Hərəkatının üzvləri Kamil Mahmudov və Tural Vəliyev də ev dustaqlığına buraxılan arasındadır.
Ev dustaqlığına buraxılan digər məhbuslar:
1. Şəmsi Rəhimli 2. Elçin Mehdiyev 3. Fariz Məmmədov 4. Emin Hüseynzadə 5. Ariz Səfərli 6. Ceyhun Məmmədov 7. Vüsal Quliyev.
AXCP üzvləri Ramid Nağıyev, Gündüz Mirzəyev, Elnur Cabbarov, ADR üzvü Pərvin Çobanovun və Naxçıvan MR daxili işlər nazirinin keçmiş müavini Siyavuş Mustafayevin adları ev dustaqlığına buraxılanlar arasında yoxdur.
Xatırladaq ki, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək yürüşündə ictimai qaydanı pozmaqda ittiham olunan bir qrup şəxs həbs olunub./modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar