Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Toyundan 15 dəqiqə sonra vəfat etdi: Həyat yoldaşı onun xatirəsini əbədiləşdirməyə qərar verdi

Tarix: 13-11-2020 08:23     Baxış: 3160 A- / A+
Toyundan 15 dəqiqə sonra vəfat etdi: Həyat yoldaşı onun xatirəsini əbədiləşdirməyə qərar verdi

Danimarkada beyin şişi xərçəngindən əziyyət çəkən qadın toyundan 15 dəqiqə sonra vəfat edib.

REN TV xəbər verir ki, həkimlər 2018-ci ildə 41 yaşlı Lu Tulin Simonsenə beyin xərçəngi diaqnozu qoyub.

10 il sevdiyi şəxslə münasibətləri olan qadın bütün bu illər ərzində toy etmək arzusunda olub.

Xəstəlik səbəbindən qadının görmə qabiliyyəti zəifləyib və baş ağrıları başlayıb.

T.Simonsen radiasiya terapiyası kursu keçsə də, həkimlər ona iki ildən çox yaşamayacağını deyiblər.

Sağlamlığını bərpa edəcəyinə inanan qadın sevdiyi şəxsdən xahiş edib ki, səhhəti yaxşılaşan kimi onlar ailə qursunlar.

Lakin vaxt keçdikcə T.Simonsen səhhətində problem daha da artmağa başlayıb və onun sevdiyi kişi Şaff Prabatani qadın üçün qəfil toy məclisi təşkil edib.

Beləliklə cütlük münasibətlərini rəsmiləşdirib. Lakin toy mərasimi bitəndən 15 dəqiqə sonra T.Simonsenin vəziyyəti kəskin pisləşib və o, həyatla vidalaşıb.

Hadisədən sonra həyat yoldaşının xatirəsini əbədiləşdirməyə qərar verən Ş. Prabatani qadının yaşadığı evin yaxınlığında küçə kitabxanası yaradıb.

Kitab rəfinin üzərində “Lunun kiçik kitabxanası” yazılıb.

Dünyasını dəyişən qadının həyat yoldaşı sevdiyi şəxsin kitab oxumağa böyük maraq göstərdiyi üçün onun xatirəsini bu şəkildə əbədiləşdirməyə qərar verdiyini deyib. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar