Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Almaniyada azərbaycanlını yaralayan şəxs tutuldu

Tarix: 08-11-2020 11:46     Baxış: 3238 A- / A+
Almaniyada azərbaycanlını yaralayan şəxs tutuldu

Almaniyanın Bavariya əyalətindəki qaçqın düşərgəsində Azərbaycan vətəndaşına xəsarət yetirən suriyalı saxlanılıb.

Manevr.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında sığınacaq axtaranların deportasiyası üçün nəzərdə tutulan düşərgədə qeydə alınıb.

Hamam otağında isti suya görə azərbaycanlı ilə suriyalı arasında düşən mübahisə əlbəyaxa davaya çevrilib.

Suriya vətəndaşı, 35 yaşlı K. Muhammed 31 yaşlı azərbaycanlıya baş nahiyəsindən ağır xəsarət yetirib. Hadisə yerinə polis və təcili yardım briqadası gəlib.

Yaralı azərbaycanlı yaxınlıqdakı xəstəxanaya aparılıb. Hadisə yerindən qaçan suriyalı isə başqa şəhərə getmək üçün mindiyi qatarda saxlanılıb.

Faktı Deggendorf şəhər polis təşkilatı və prokurorluğu araşdırır.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar