Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənilərdən Xarkovda növbəti silahlı hücum - Şəkil

Tarix: 07-11-2020 20:09     Baxış: 3233 A- / A+
Ermənilərdən Xarkovda növbəti silahlı hücum - Şəkil

Azərbaycanın Xarkovdakı Mədəniyyət və İnformasiya Mərkəzinə silahlı hücum edilib.

Manevrr.az xəbər veri ki, bu barədə AzərTac-a Ukraynanın Xalq rəssamı, heykəltəraş, soydaşımız Seyfəddin Qurbanov məlumat verib.

Onun sözlərinə görə, ilkin ehtimala əsasən, mərkəzə iki güllə atəşi açılıb. Güllələr pəncərələrə dəyib.

S.Qurbanov bildirib ki, baş verən insidentlə bağlı Xarkov şəhər polisinə müraciət edib.

Xatırladaq ki, noyabrın 6-dan 7-sinə keçən gecə Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun binasına silahlı hücum edilib. Gecə saat 02:30 radələrində Fəxri Konsulluğun Yaroslav Mudrı küçəsi, 7 ünvanında yerləşən ofisinə 6 güllə atılıb. Güllələr binanın pəncərəsinə və qapısına dəyib. Videokameraya düşmüş kadrlardan görünür ki, hadisə iki gənc tərəfindən törədilib. Fakt üzrə cinayət işi qaldırılıb, polis təhqiqat aparır.

Qeyd edək ki, Xarkov şəhəri ermənilərin daha çox sıx yaşadığı yerdir.

Manevrr.az
Ermənilərdən Xarkovda növbəti silahlı hücum - Şəkil
Ermənilərdən Xarkovda növbəti silahlı hücum - Şəkil

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar