Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Dilqəmlə Şahbazı Şuşa türməsindən çıxarıb yeraltı sığınacaqda yerləşdiriblər... - Oğlu danışdı

Tarix: 30-10-2020 23:03     Baxış: 4218 A- / A+
Dilqəmlə Şahbazı  Şuşa türməsindən çıxarıb yeraltı sığınacaqda yerləşdiriblər... - Oğlu danışdı

Azərbaycan ordusunun Şuşanın həndəvərinə gedib çıxması və hətta bəzi iddialara görə şəhərin yaxın ətrafında möhkəmlənməsi Şuşa türməsində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi barədə çoxsaylı suallar yaradıb. Görəsən onları Yerevana aparıblarmı, yoxsa hələ də Şuşada saxlanılırlar? Beynəxlaq Qırmızı Xaç Komitəsinin onlardan xəbəri varmı? Sentyabrın 27-dən sonra onlara baş çəkiblərmi?

Manevr.az xəbər verir ki, Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib ki, bir həftə öncə onu Beynəxlaq Qırmızı Xaç Komitəsinin yerli ofisindən çağırıblar:

"Təxminən bir həftə öncə çağırmışdılar, məktub da yazdım orada. Bildirdilər ki, tezliklə Xankəndi ofisimizin əməkdaşları atanıza baş çəkəcəklər. Fürsətdən istifadə edib soruşdum ki, atamın saxlanma yeri dəyişdirilməyib ki? Cavab verdilər ki, hələ də Şuşada saxlanılırlar. Bu gün yenə komitə ilə əlaqə saxlayaraq təkrar atamgilin köçürülüb köçürülmədiyi ilə maraqlandım. Bildirdilər ki, hələ də Şuşada saxlanılır, amma təhlükəsizlik baxımından türmədən çıxarılıb yeraltı sığınacaqlarda saxlayırlar. Bildirdilər ki, hərbi əməliyyatlara görə hələlik Xankəndi ofisinin əməkdaşları atanızla görüşə bilmirlər, amma ona ərzaq bağlaması çatdırılıb. Onların sözlərinin nə dərəcədə həqiqəti əks etdirib etdirmədiyini bilmirəm, hər halda aldığım cavab budur"./moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar