Xəbər lenti
Əfv edilmiş cəbhəçi yenidən həbs olundu - oğurluğa görə

Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının yanvarın 25-də keçirdikləri əməliyyat tədbirləri nəticəsində Müdafiə Nazirliyinin Qum adasında yerləşən "N" saylı hərbi hissəsindən oğurluq edən şəxslər yaxalanıb.
Azpolitika.info bildirir ki, 1968-ci ildə Masallı rayonunda anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində qeydiyyatda olan Vəliyev Sakit Şəkər oğlu bir qrup şəxslə əlbir olaraq, hərbi hissədən 600 metr elektrik naqilini və dəmir dirəkləri oğurlayaraq, 10 DU 504 dövlət qeydiyyat nişanlı "QAZ-24" markalı avtomaşınla apararkən, polis əməkdaşları tərəfindən yaxalanıb. Hazırda Surxanı RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
İşin maraqlı tərəfi odur ki, saxlanılan şəxs - Sakit Vəliyev vaxtilə AXCP-nin fəal üzvlərindən olub və 2004-cü ildə Cinayət Məcəlləsinin 177.2.3-2, 177.2.3, 220.1, 315.2 və 66.3-cü maddələri ilə həbs edilib, 2005-ci ildə isə Prezident İlham Əliyevin əfv fərmanıyla azadlığa çıxıb.
Sakit Vəliyevlə saxlanılan digər şəxslərin də AXCP üzvləri olub-olmadıqları haqda hər hansı məlumat verilmir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar