Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda həkim COVID-19-dan vəfat edib

Tarix: 28-10-2020 10:38     Baxış: 3220 A- / A+
Azərbaycanda həkim COVID-19-dan vəfat edib


Azərbaycanda koronavirus infeksiyasına yoluxan daha bir həkim vəfat edib.

Manevr.az xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi Babaxan Nəsirov COVID-19-dan dünyasını dəyişib.

O, xəstəxananın travmatologiya şöbəsində çalışırdı.

Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa yoluxma halları yenidən artıb. Bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. Belə ki, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb və ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub.

Həmçinin Operativ Qərargah vətəndaşları COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırıb./ report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar