Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Ermənilər meyitləri kəhrizlərə atıblar” - İnstitut direktoru

Tarix: 26-10-2020 15:07     Baxış: 3173 A- / A+
“Ermənilər meyitləri kəhrizlərə atıblar” - İnstitut direktoru

"Ermənilər Azərbaycanın işğal altında olan ərazilərindəki kəhrizlərin quyularına minalar, partlayıcı və zəhərli maddələr, insan meyitləri atıblar".

Manerv.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev deyib.

Onun sözlərinə görə, bu səbəbdən işğal altındakı kəhrizlərlə bağlı ərazilərdə müəyyən təhlükəsizlik tədbirləri görülməli, yalnız bundan sonra ondan istifadə edilməlidir.

Bu gün Azərbaycanda 665-ə yaxın kəhrizin olduğunu deyən Ə.Quliyev bildirib ki, ölkənin işğal edilımiş ərazilərində 332 kəhriz olub.

Bu kəhrizlərin qeydiyyata alınmadığını vurğulayan institut direktoru əlavə edib ki, yalnız Cəbrayılda 111 kəhriz var:

“Cəbrayıldakı kəhrizlərin il ərzində 34 milyon kub metr su vermək imkanı var. Bu, az su deyil. Belə imkan Füzulidə, Ağdamda, Dağlıq Qarabağda da var”.

Ə.Quliyev hesab edir ki, Azərbaycanda ölkə miqyasında kəhrizlərə nəzarət edən ayrıca qurum yaradılmalıdır. Bu qurum kəhrizlərin suvermə potensialından istifadəni təmin etməlidir.

Azərbaycanda kəhrizlərdən ötən əsrdə il ərzində təxminən 500 milyon kub metr su götürüldüyünü xatırladan Ə.Quliyev bu gün Naxçıvanda kəhrizlərdən istifadə edildiyini, buradan il ərzində 50-60 milyon kub metr su götürüldüyünü nəzərə çatdırıb: “Kəhrizlərdən çox cüzi xərclə su götürmək mümkündür. Hazırkı dövrdə bu sulardan istifadə çox aktual məsələdir. Nəzərə alsaq ki, kəhrizlərdən cüzi xərclə ekoloji təmiz su çıxır, biz buna sahib çıxmalıyıq”./trend

Manerv.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar