Sizin Reklam Burada
Xəbər lenti
18-09-2025
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yasamalda məcburi köçkünlər etiraz aksiyası keçirib –Təhlükəli binada yaşayanlar sayğaç quraşdırlmasını istəmirlər

Tarix: 26-01-2017 14:02     Baxış: 3392 A- / A+
Yasamalda məcburi köçkünlər etiraz aksiyası keçirib


Yasamal rayonunda, Şərifzadə küçəsi, Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasıyla üzbəüz binada yaşayan məcburi köçkünlər etiraz aksiyası keçirib.

BakiPost.az xəbər verir ki, onlar sayğaclaşmaya etiraz əlaməti olaraq yolu bağlamağa cəhd ediblər. Bildiriblər ki, kommunal qiymətlərin qaldırıldığı bir vaxtda onlar, işığın və qazın pulunu ödəyə bilməyəcəklər.

Sakinlərin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçiriblər və burada yaşamağın təhlükəli olduğunu bildiriblər. Nazirliyin bu qərarından sonra isə sakinlərin köçürülməsi əvəzinə, binada sayğaclaşma işlərinə başlanılması onların hiddətinə səbəb olub.

Hadisə yerinə post patrul xidmətinin əməkdaşları cəlb olunub. Polislər köçkünlərin yolu bağlamasına mane olublar.

Qeyd edək ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsindən sonra onların yaşadıqları mənzillərdə sayğaclaşma prsosesinə başlanılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar