Xəbər lenti
AZAL-ın Londonda saxlanılan bələdçiləri sərbəst buraxıldı

Yanvarın 24-də “Azərbaycan Hava Yolları” (AZAL) QSC aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman London aeroportunun polisi tərəfindən saxlanılan təyyarə bələdçiləri bu gün sərbəst buraxılıb.
Bu barədə mediaya AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.
“Ötən gün həmin aviareys başqa bələdçilərlə yerinə yetirilib. Bu gün buraxılan bələdçilər isə yaxın günlərdə Azərbaycana qayıdacaq”, - deyə P.Kəsəmənski əlavə edib.
Xatırladaq ki, sözügedən reys yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib. Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.
Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub. Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə London aeroportunun polisi tərəfindən saxlanılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar