Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda bankı qarət edən şəxs girovları azad edib və özü qaçmağa müvəffəq olub

Tarix: 23-10-2020 06:58     Baxış: 3202 A- / A+
Gürcüstanda bankı qarət edən şəxs girovları azad edib və özü qaçmağa müvəffəq olub

Zuqdidi şəhərində Gürcüstan Bankının yerli şöbəsində əməkdaşları və müştəriləri girov saxlayan silahlı şəxs girov götürdüyü adamların hamısını azad edib və qaçıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, oktyabrın 21-də axşam saatlarında tələb etdiyi 500 min dolları aldıqdan sonra silahlı şəxs üç nəfər girovla (onlardan biri regionun polis rəisi olub) bankdan çıxaraq qaranlıqda naməlum istiqamətdə yoxa çıxmışdı.

Oktyabrın 22-də Çxorotski rayonunun Kirtsixi kəndi ərazisində cinayətkar həmin üç nəfəri də azad etdikdən sonra qaçmağa müvəffəq olub.

DİN onun tapılması üçün əməliyyat axtarış əməliyyatını davam etdirir.

Girovların vəziyyəti normaldır, onların həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, oktyabrın 21-də Zuqduqi şəhərində Gürcüstan Bankının yerli şöbəsinə daxil olan cinayətkar bank işçiləri və müştəriləri girov götürmüşdü.

Aparılan danışıqlar nəticəsində o, 500 min ABŞ dolları müqabilində əvvəlcə 19 nəfəri azad edib, sonra isə 3 nəfərlə bankdan çıxıb. xeberoxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar