Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sovet generalının arvadı qaynar suda boğularaq ölüb

Tarix: 16-10-2020 06:20     Baxış: 3152 A- / A+
Sovet generalının arvadı qaynar suda boğularaq ölüb

Sovet aviasiyasının general-mayoru İvan Qlaqolevin arvadı Moskvadakı mənzilində qaynar suda boğularaq ölüb.

Bu barədə “Moskovski Komsomolets” xəbər verib.

Məlumata görə, 90 yaşlı Aleftina Qlaqolevanın qonşuları qəza xidməti ilə əlaqə saxlayaraq evlərini su basdığını bildiriblər. Gələn qrup sızıntının mənzillərdən birində baş verdiyini müəyyənləşdirib, ancaq heç kim qapını açmadığı üçün suyu bağlamaq məcburiyyətində qalıblar. Bir müddət sonra ev sahibəsinin nəvəsi gəlib. Lakin mənzilə girə bilmədiyi üçün xilasediciləri və polisi çağırmalı olub.

Qapı açıldıqda mətbəxlə dəhliz arasında yerdə həyat əlamətləri olmayan təqaüdçü qadın aşkarlanıb. Qadının bədənində qaynar sudan yanma əlamətləri görünüb. Mənzildə o qədər buxar olub ki, nəfəs almaq mümkün olmayıb.

Məlumata görə, yaşlı qadının mənzilinin tualetində isti su borusu partlayıb. Ehtimal ki, qadın qorxub və təzyiqi qalxdığı üçün yıxılıb, bu vaxt isə mənzili qaynar su basıb.

Yaxınlarının dediklərinə görə, Aleftina Qlaqoleva 2018-ci ildə ərinin ölümündən sonra tək yaşayıb. Səhhətində problemlər olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar