Xəbər lenti
Yol polisinin qovduğu maşın qəza törətdi - ata və ana öldü, iki övladı yaralandı

Bərdədə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Manevr.az bildirir ki, hadisə Bərdə-Tərtər yolunda, Zümürxan kəndinin ərazisində baş verib. Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.
Dünyasını dəyişənlər Kəlbəcər rayonundan olan məcburi köçkün Alim İsayev və onun həyat yoldaşı Vəfa İsayevadır. Gənc ailənin iki azyaşlı övladı isə hazırda xəstəxanadadır. Hər iki uşağın vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb hərbi geyimli şəxsin idarə etdiyi "Mercedes" markalı avtomobil olub. Dövlət Yol Polisi əməkdaşlarının qovduğu həmin avtomobil idarəetməni itirərək, qarşı yola çıxıb, içərisində bir ailənin olduğu "VAZ 2106" markalı avtomobilə çırpılıb.
Hadisə yerinə gələn Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar. Hadisənin daha dəqiq səbəbi araşdırmalardan sonra bilinəcək.modern.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar