Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin atdığı partlamayan raketlərlə bağlı açıqlama - ŞƏKİLLƏR

Tarix: 05-10-2020 08:52     Baxış: 3169 A- / A+
Ermənilərin atdığı partlamayan raketlərlə bağlı açıqlama - ŞƏKİLLƏR

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) oktyabrın 2-də Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir, Xızı, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 67 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən üç müraciət daxil olub.

Manevr.az xəbər verir ki, bununla bağlı agentlik məlumat yayıb.

Bildirilib ki, daxil olmuş 70 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun E.Sadıqov küçəsi, Muğanlı kəndi, Diləğanlı kəndi, Muğanlı kəndi, Boyat kəndi, Minəxorlu kəndi, Rəncbərlər kəndi, Poladlı kəndi, Cəfərli kəndi və Hindarx qəsəbəsi, Ağdam rayonu Alıbəyli və Mərzili kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Alxanlı kəndi və 5-ci Zobcuq qəsəbəsi, Goranboy rayonunun Goran qəsəbəsi və Boluslu kəndi, Şəmkir rayonunun Sabirkənd kəndi, Xızı rayonunun Türkoba kəndi, Tərtər rayonunun İ.İsgəndərov küçəsi, Gəncə, Mingəçevir və Beyləqan şəhərləri ərazisində Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə 66 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 14 ədəd partlamamış hərbi sursat (iki ədəd 300 mm-lik raket (9M528), 12 ədəd tank əleyhinə idarə olunmayan raket (beş ədəd PQ-22, üç ədəd PQ-9 və dörd ədəd PQ-7) və 32 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Həmçinin, agentliyin partlayış qrupu tərəfindən üç ədəd raket yerində işarələnib və növbəti iş günü ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçiriləcək.

Ümumilikdə agentlik tərəfindən 27 sentyabr – 04 oktyabr 2020-ci il tarixlərində 200 siqnal (əməliyyat çağırışı) əsasında 194 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə, Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilmiş, 66 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS), hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, bir ədəd kamikadze dron (partladıcısı yerində zərərsizləşdirilib), iki ədəd raketin mikrosxemi və 69 ədəd partlamış raket hissələri aşkarlanıb.

Manevr.az
Ermənilərin atdığı partlamayan raketlərlə bağlı açıqlama - ŞƏKİLLƏR
Ermənilərin atdığı partlamayan raketlərlə bağlı açıqlama - ŞƏKİLLƏR
Ermənilərin atdığı partlamayan raketlərlə bağlı açıqlama - ŞƏKİLLƏR
Ermənilərin atdığı partlamayan raketlərlə bağlı açıqlama - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar