Xəbər lenti
Düşmənin atdığı mərmi Tərtərdə jurnalistin evinə düşdü
Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini növbəti dəfə artilleriya atəşinə tutur.
Manevr.az xəbər verir ki, düşmən təxirbatı nəticəsində dinc əhaliyə top mərmiləri atılıb, evlərə ziyan dəyib.
Ermənilərin atdığı mərmilərdən biri “Real Təhlil İnformasiya Mərkəzi”nin (Real TV) cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı, Ağdərə rayonundan məcburi köçkün olan Tərtər rayonunda məskunlaşmış Kamil Eldaroğlunun valideynlərinin yaşadığı evə düşüb.
"Report"un əməkdaşı ilə söhbətləşən jurnalist qeyd edib ki, hadisə zamanı evə ziyan dəyib:
"Eybi yox, olan evə olsun. Əsas odur ki, mülki vətəndaşlara və Azərbaycan Ordusuna heç nə olmasın. Tərtərdə əhval ruhiyyə çox yüksəkdir. İnsanlar Ordumuza və Ali Baş Komandanımıza güvənir".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Dünən - oktyabrın 2-də şəhərə 2 mindən artıq mərmi düşüb. /report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar