Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

General: Gənc əsgərlər cəbhəyə deyil, müvafiq hərbi hissələrə göndərilir

Tarix: 02-10-2020 15:23     Baxış: 3161 A- / A+
General: Gənc əsgərlər cəbhəyə deyil, müvafiq hərbi hissələrə göndərilir

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama əsasən oktyabr çağırışına başlanılıb. Hazırda aparılan müddətli həqiqi hərbi xidmətə çağırış qanunvericiliyə uyğun olaraq hər il olduğu kimi ildə 4 dəfə həyata keçirilen bir prosesdir.

Manevr.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, General-mayor Zaur Abdullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, bu çağırışın hazırki hərbi vəziyyətlə heç bir bağlılığı yoxdur: "Həmişə olduğu kimi 18 yaşı tamam olmuş və möhlət hüququ olmayan gənclər qanunvericiliyə uyğun olaraq Vətən qarşısında borclarını yerinə yetirmək üçün əsgəri xidmetə yola salınırlar. Gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində onlarla orada təlimlər keçiriləcək, hərbin sirləri öyrədiləcək, sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər".

Zaur Abdullayev qeyd edib ki, oktyabrın 30-dək davam edəcək müddətli həqiqi hərbi xidmətə çağırış normal prosedur qaydadır: "Yəni plana uyğun olaraq aparılır. Ali Baş Komandanın müvafiq Sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib. Qeyd edim ki, qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox on minlərlə vətəndaş Xidtin Aparatına və yerli struktur bölmelerinə müraciət edərək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər. Vətəndaşların bu ruh yüksəkliyi və çoxsaylı müraciətlərinin nəticəsidir ki, proses uğurla həyata keçirilir və onlar təlimlerə cəlb edilirlər. Biz, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olaraq yüksek vətənpərvərlik nümayiş etdirərək döyüşlərə könüllü qatılmaq arzusunda olan çoxsaylı vətəndaşlarımıza bir daha təşəkkürümüzü bildiririk".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar