Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Xocavənd rayonunun işğalından 28 il ötür

Tarix: 02-10-2020 09:13     Baxış: 4182 A- / A+
Xocavənd rayonunun işğalından 28 il ötür

Bu gün Xocavəndin işğalının ildönümüdür.

Rayonun işğal edilməsindən 28 il ötür.

1992-ci il oktyabrın 2-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan Respublikasının Xocavənd rayonunu işğal edib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1 723 yaşayış evi yandırılaraq, əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib.

İşğalçılar 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidəni dağıdıb.

Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək, yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla bərabər, rayonun bitki və meşə örtüyünə də külli miqdarda zərər dəyib. Belə ki, Xocavəndin 1 202 ha meşə sahəsindəki qiymətli ağac növləri məhv edilib.

Dörd ay mühasirədə qalan Qaradağlı kəndinə ermənilərin hücumu nəticəsində 77 nəfər şəhid olub, 110 kənd sakini girov götürülüb.

Sonradan onların 49 nəfəri amansızlıqla qətlə yetirilib.

Ümumilikdə, xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla, 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar