Sizin Reklam Burada
Xəbər lenti
24-08-2025
23-08-2025
BÜTÜN XƏBƏRLƏR

15 yaşlı qızı hamilə buraxan müəllim haqqındakı bir illik həbs qərarı ləğv edildi: İşə yenidən baxılacaq

Tarix: 11-09-2020 21:02     Baxış: 3179 A- / A+
15 yaşlı qızı hamilə buraxan müəllim haqqındakı bir illik həbs qərarı ləğv edildi:

Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı məhkəmə qərarından apellyasiya şikayəti təmin olunub.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat yayıb.

O, “Qadn və uşaq sığınacağı” səhifəsindən bununla bağlı status yazıb:

“Əziz dostlar, sizinlə bir məlumatı bölüşmək istəyirik. Xatırlayırsınızsa, azyaşlı qızımızın hamilə qalmasına səbəb olan və ona qarşı zorakılıq edən müəllimə qarşı Lerik rayon məhkəməsi tərəfindən cəmi bir il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi hamımızda təəssüf hissi doğurmuşdu.

Həmin məsələni ictimailəşdirdikdən sonra Milli Məclisin sədr müavini Adil Əliyev, qeyd olunan məsələni nəzarətə götürmüş və zərərçəkəni öz hesabına vəkillə təmin etmişdi.

İş üzrə şikayət Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, məhkəmənin bugünki qərarı ilə Lerik rayon məhkəməsinin təyin etdiyi hökm ləğv edilmiş, iş qanunvericiliyin tələbinə uyğun olaraq, yenidən tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə geri qaytarılmışdır.

Bu işdə əziyyəti olan hər kəsə təşəkkür edirik!” amia.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar