Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Mingəçevirdə qardaş bacısını qətlə yetirib

Tarix: 11-09-2020 12:17     Baxış: 3229 A- / A+
Mingəçevirdə qardaş bacısını qətlə yetirib


Sentyabrın 10-u saat 21 radələrində Mingəçevir şəhəri ərazisində 1986-cı il təvəllüdlü Mirvari Məmmədovanın bıçaqlanaraq öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.


Manevr.az
bildirir ki, bu barədə ölkə.az-a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin qardaşı 1985-ci il təvəllüdlü Malik Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mirvari Məmmədovaya çoxsaylı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Malik Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar