Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qaynını çəkiclə qətlə yetirən şəxsə 18 il hökm oxundu

Tarix: 11-09-2020 06:53     Baxış: 3188 A- / A+
Qaynını çəkiclə qətlə yetirən şəxsə 18 il hökm oxundu
Bakıda qaynını öldürən Eldar Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Baku Tv xəbər verir ki, 2018-ci il martın 28-i saat 16 radələrində Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Rəsulzadə qəsəbəsi, Qəmbərov küçəsindəki 2 saylı binanın arxasında qana bulaşmış naməlum kişi meyiti aşkar ediblər.

Polislərə yaxınlaşan paytaxt sakini Eldar Məmmədov çəkici onlara təqdim edərək, qaynını vurduğunu bildirib. Yaralanan şəxsi Təcili Tibbi Yardım briqadası xəstəxanaya aparıb. Mərkəz Quluyev aldığı travmadan aprelin 17-də vəfat edib.

İstintaq zamanı müəyyən edilib ki, E.Məmmədov qayını - M.Quluyevin 32 min dollar (54 min 400 manat) məbləğində pul tələbinə dair iddia ərizəsi əsasında Binəqədi rayon məhkəməsində baxılan borc öhdələyindən yaxa qurtarmaq üçün sonuncunu öldürmək qərarına gəlib. Bu məqsədlə martın 28-də məhkəmə iclasına çağrılan vaxt, sellofana bükülmüş çəkiclə silahlanaraq, saat 15:30-da Rəsulzadə qəsəbəsi, Qəmbərov küçəsi, 2 ünvanına çatıb.

Binanın arxasında məhkəmə prosesinə gələn M.Quluyevə qəfildən hücum edib, sol yan tərəfdən baş nahiyyəsinə bir neçə zərbə vurub. Aldığı xəsarətlərdən yerə yıxılan qohumunun, yalvarıb imdad diləməsinə məhəl qoymayaraq, küt alətlə xəsarətlər yetirməkdə davam edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar