Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Arvadı intim münasibətdən imtina etdi, ürəyindən bıçaqlayıb boğazını kəsdi — XAÇMAZDAKI DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Tarix: 09-09-2020 22:33     Baxış: 3230 A- / A+
Arvadı intim münasibətdən imtina etdi, ürəyindən bıçaqlayıb boğazını kəsdi

Xaçmaz rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən Eynulla Musayevin cinayət işi.

Manevr.az "Ölkə.Az"a istinadən xəbər verir ki, dəhşətli qətl hadisəsi Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində baş verib.

İstintaqla müəyən olunub ki, Eynulla Musayev arvadı Şərqiyyənin onunla intim əlaqədə olmağa uzun müddət razılıq verməməsi səbəbindən dəfələrlə mübahisə edərək sonuncunun ona xəyanət etməsindən şübhələnib.

Mayın 27-si səhər saat 11:00 radələrində birgə yaşadıqları evdə həyat yoldaşına əlaqədə olmağı təklif edərkən sonuncu yenədə ona etiraz edərək kobud cavab qaytarıb. Bu səbəbdən aralarında mübahisə yaranıb. Musayev ondan qısas almaq qərarına gələrək gödəkcəsinin cibindən bıçaq çıxarıb Şərqiyyənin döş qəfəsi və boyun nahiyyələrinə 3 ədəd bıçaq xəsarəti yetirməkdə onu qəsdən öldürüb.

Təqsirləndirilən şəxs qismində dinrilən Eynulla Musayev bildirib ki, 1996-cı ildə Şərqiyyə ilə ailə həyatı qurub və birgə nigahdan iki övladları dünyaya gəlib. Evləndikdən sonra Köhnə Xaçmaz kəndində ev tikib orada yaşayıb. Qızları anadan olandan sonta yoldaşı ilə münasibətləri tədricən soyumağa başlayıb. Arvadı onu özünə yaxın buraxmayıb. Musayev yoldaşının ona başqa şəxslə xəyanət etməsindən şübhələnib.

Hadisə baş verən günü səhər saatlarında qızı məktəbə, arvadı isə işləmək üçün sahəyə yollanıb. Eynulla Musayev isə Xaçmaz şəhərinə getməkdə ötrü evdən çıxıb lakin bir qədər sonra yarı yoldan evə qayıdıb.

Evdə Şərqiyyənin qonşularla birgə oturub çay içdiklərini görüb. Musayev kiçikotağa keçib. Bir müddət sonra qonşularçıxıb getdikdə arvadı ilə evdə tək olduqlarını görüb yoldaşına intim əlaqədə olmağı təklif edib. Lakin arvadı razlaşmayaraq onu söyməyə başlayıb. O arvadına uzun müddətdir əlaqədə olmadığlarını xatırladıb etirazetməməyi xahiş etsə də, yoldaşı yenədə onu söyməkdə davam edib. Bu səbəbdən Eynulla möhkəm əsəbləşib və evdəki mətbəx bıçağını götürüb cibinə qoyub.

Evin kiçik otağında ayaq üstə dayanıb qab yuyan Şərqiyyəyə yaxınlaşıb. Arvadının hərəkətlərinə artıq dözə bilmədiyi üçün onu öldürmək qərarına gəlib. Eynullada bıçaq olduğunu bilməyən Şərqiyyə bu dəfədə intim əlaqədə olmaq istəmədiyini bildirib və onun ünvanına söyüşlər işlədib.

Bu zaman Eynulla gödəkcəsinin cibindən bıçağı çıxarıb arvadının ürək nahiyyəsinə sancıb. Şəriqyyə zərbənin təsirindən yerə yıxıllıb. Musayev aşağı əyilib bıçaqla ona yenidən xəsarət yetirmək isytədiydə sonuncu onun əllərindən tutub. Eynulla isə yoldaşının əlini iki dəfə dişləyib və arvadı onun əlini buraxdıqdan sonra onun boyun tərəfindən ardıcıl xəsarətlər yetirib.

Yoldaşı xırıldamağa başlayıb. Eynulla isə onun boğazını yarıya qədər kəsib ki, Şərqiyyə tez ölsün və bununlada onun ürəyi rahat olsun.

Qətildən sonra evdən həyətə çıxıb. Heç kimin olmadığını görüb həyətə qayıdıb və əllərini yuyub. Daha sonra isə polisə gələrək təqslim olub.

Məhkəmə prosesində isə Eynulla Musayev ittiham üzrə özünü təqsirli hesab etməklə törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində 39 yaşlı Eynulla Musayev qəsdən adam öldürməkdə təqsirli bilinib və 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar