Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şövqü Süleymanova hansı yüngülləşdirici cəza verilə bilər?

Tarix: 09-09-2020 18:20     Baxış: 4220 A- / A+
Şövqü Süleymanova hansı yüngülləşdirici cəza verilə bilər?


Dünən tanınmış gitaraçı Nofəl Süleymanovun 17 yaşlı oğlu Şövqü tərəfindən bilmədən öldürülməsindən sonra həmin yeniyetməyə hansı cəzanın veriləcəyi ictimai müzakirələrə səbəb olub.

Manevr.az-ın məlumatına görə, Vəkil Cavid Rzazadə qafqazinfo-ya açıqlamasında bildirib ki, bu əməl Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif olunur:

“Bu maddə ilə ittiham olunan şəxsi iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırmaq nəzərdə tutulub. Şövqü Süleymanov yetkinlik yaşına çatmadığı üçün ona bir ilədək islah işləri, iki ilə qədər azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrumetmə verilə bilər.

Əgər o, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilsə, cəzasını ümumi rejimli tərbiyə müəssisələrində çəkəcək. Cəza təyin edilərkən onun yetkinlik yaşına çatmaması yüngülləşdirici hal kimi nəzərə alınır”.
Vəkil qeyd edib ki, azadlığın məhdudlaşdırılması cəzası həbs olunmaq, cəzaçəkmə müəssisəsinə göndərilmək demək deyil:

“Bu, məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.

Ehtiyatsızlıqdan adam öldürmə ilə ittiham olunan şəxslərin istintaq dövründə həbs olunması praktikada çox da rast gəlinmir. Məhkəmənin belə bir səlahiyyəti olsa da, hətta bu maddə ilə ittiham olunan yetkinlik yaşına çatmış şəxslər barəsində belə adətən digər növ tədbirlər seçilir. Şövqü Süleymananovun 17 yaşı olduğunu, yetkinlik yaşına çatmadığını nəzərə alsaq, istintaq dövründə onun həbs olunmayacağını güman etmək olar”.

Xatırladaq ki, Nizami Rayon Prokurorluğunun yaydığı məlumata görə, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan “Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu hadisə yerində ölüb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar