Xəbər lenti
Narkotiklə saxlanılan ana və qızının görüntüləri yayıldı -VİDEO
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ana və qızı saxlanılıb.
ARB TV xəbər verir ki, Balakən RPŞ-yə daxil olmuş məlumat əsasında rayonun Qazma kənd sakinləri olan 55 yaşlı Şümeysət Əliyeva və qızı 34 yaşlı İlahə Əliyevanın yaşadıqları evdə əməliyyat-axtarış tədbiri keçirilib.
Evdən 8 ədəd müxtəlif bağlamalarda ümumi çəkisi 3 kq 446 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Məlum olub ki, narkotik vasitəni onlara tanışları rayonun Mahmalar kənd sakini 33 yaşlı Kamran Babayev verib.
Vüqar Hemişov - Balakən RPŞ-nin istintaq bölməsinin müstəntiqi: "Kamran Babayevin yaşadığı evə baxış zamanı isə oradan 46 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Azərbaycan respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir. Hər üç şəxs RPŞ-də şübhəli şəxs qismində saxlanılıblar".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























