Xəbər lenti
Usta oğurladığı maşının rəngini dəyişdirib sürdü

Bakıda maşın oğurlayan usta tutulub.
Manevr.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edən vətəndaş Muxtar Əsgərov ona məxsus VAZ-2104 markalı avtomobilin qaçırıldığını bildirib.
Rayon polis idarəsinin 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Laçın rayon sakini Əlibaba Quliyev saxlanılıb. İdarədə dindirilən Əlibala törətdiyi əməli etiraf edib. Özünün maşın ustası olduğunu deyən Əlibala Quliyev avtomobili oğurladıqdan sonra başqa bir rənglə boyayaraq və özünə məxsus avtomobil nömrəsini taxaraq idarə etdiyini deyir.
Araşdırmalar zamanı Əlibalanın qaçırılan avtomobilin dövlət qeydiyyat nişanlarını yaxınlığındakı zibilxanaya atması, sənədləri isə yandırması müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar