Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Həbsdə olan jurnalist azadlığa çıxdı

Tarix: 05-09-2020 18:24     Baxış: 3273 A- / A+
Həbsdə olan jurnalist azadlığa çıxdı

"Azadlıq" qəzetinin həbsdə olan bölgə müxbiri Ziya Əsədli azadlığa çıxıb.

Manevr.az musavat.com-a istinadən xəbər verir ki, 3 il həbs cəzası alan Ziya Əsədli cəzasını başa vuraraq Salyan rayonunda yerləşən 5 saylı Cəzaçəkmə Müəsisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, Ziya Əsədli 2017-ci ilin sentyabr ayının 5-də Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Ona qarşı Biləsuvar rayon Polis Şöbəsində cinayət işi açılmışdı.

Jurnalist bildirirdi ki, ona qarşı təzyiq Neftçala rayonunun Xırmandalı kənd sakinlərinin etiraz aksiyasından hazırladığı videoreportajdan sonra başlayıb.

Jurnalist yerli çayxana sahibinin şikayəti ilə mühakimə edilmişdi. Ziya Əsədli deyirdi ki, çayxana sahibi ona "burada müxalifətçilərə yer olmadığını" deyib və mübahisə edib.

Bir müddət sonra jurnalist çayxananın yanından keçərkən çayxana sahibi ona hücum edib və bir neçə dəfə zərbə endirib.

Bundan sonra Z.Əsədliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Sonradan iş daha ağır maddə olan 221.3-cü (xuliqanlıq, silahdan və ya silah kimi istifadə olunan əşyadan istifadə ilə törədildikdə) maddəyə tövsif edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar