Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tərtərdə küp qəbirlər aşkar olunub

Tarix: 05-09-2020 16:48     Baxış: 3216 A- / A+
Tərtərdə küp qəbirlər aşkar olunub

Tərtər rayonunun Yuxarı Sarıcalı kəndində təsərrüfat işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri, saxsı qablar və insan sümükləri aşkar olunub.

Manevr.az xəbər verir ki, bu barədə report-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, ərazi Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülüb, təsərrüfat işləri dayandırılıb.

Həmin əraziyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının iştirakı ilə baxış keçirilib.

Baxış zamanı e.ə I əsrdən bizim eranın I əsrinə qədər olan dövrə aid olduğu ehtimal olunan 2 küp qəbir müəyyən olunub.
Ərazinin öyrənilməsi məqsədilə arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Manevr.az
Tərtərdə küp qəbirlər aşkar olunub

Tərtərdə küp qəbirlər aşkar olunub


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar