Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şamaxıda ahıl yaşlı qadın və kişi evdə döyüldü - ŞƏKİL

Tarix: 01-09-2020 09:22     Baxış: 4366 A- / A+
Şamaxıda ahıl yaşlı qadın və kişi evdə döyüldü - ŞƏKİL


Şamaxı rayonunda mənzilə basqın edərək ahıl yaşlı qadın və kişiyə qarşı zorakılıq edən, onlara məxsus əşyaları talan edən şəxslər tutulub.

Manevr.az apa-ya istinadən xəbər verir ki, Şamaxı şəhər sakini Niyazova Zərifə İsmayıl qızı rayon polis şöbəsinə müraciət edərək bildirib ki, 24 avqust 2020-ci il tarixdə gecə saat 2 radələrində yaşadığı, Şamaxı şəhər H.Ciddi küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evinə naməlum şəxslər hücum edərək onu və həyat yoldaşı Niyazov Polad Mecid oğlunu döyərək əmlakını talan edib. Aparılmış istintaq tədbirləri zamanı müəyyən edilmişdir ki, Şamaxı şəhər sakinləri-1999-cu il təvəllüdlü Heybətov Elxan Ənvər oğlu, 1992-ci il təvəllüdlü Həmidov Pərvin Babək oğlu və 1985-ci il təvəllüdlü Pənahov Valeh İbadulla oğlu özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub və bir qrup şəxs halında cinayət əlaqəsinə giriblər. Onlar həmin gecə Niyazova Zərifə İsmayıl qızının yaşadığı fərdi yaşayış evinin taxta pəncərəsini sındıraraq qanunsuz olaraq mənzilə daxil olub, evdə olan qadın və kişidən 22 min ABŞ dolları məbləğində pulun verilməsini tələb edərək yumruqla, evdə olan çəlik (əsa) və bıçaqla Niyazova Zərifə İsmayıl qızını və Niyazov Polad Mecid oğlunu vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Sonra quldurlar evdə olan "Nokia 112" markalı, "Samsung Galaxy J2" markalı mobil telefonları, 17 manat nağd pulu götürərək qaçıblar. Onlar barəsində Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə cinayət işi açılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırma davam edir.

Manevr.az

Şamaxıda ahıl yaşlı qadın və kişi evdə döyüldü - ŞƏKİL
Şamaxıda ahıl yaşlı qadın və kişi evdə döyüldü - ŞƏKİL
Şamaxıda ahıl yaşlı qadın və kişi evdə döyüldü - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar