Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcü qızının ölümü Qarabağa silah daşınması ilə əlaqəlidir?

Tarix: 31-08-2020 20:17     Baxış: 3272 A- / A+
Gürcü qızının ölümü Qarabağa silah daşınması ilə əlaqəlidir?


İyulun 18-də nəməlum şəraitdə ölən Tbilisi sakini, 23 yaşlı Tamar Baçaliaşvilinin ailəsinin açıqlamaları Gürcüstanda qalmaqala səbəb olub.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, mərhumun ailəsi qızlarının ölümünün qanunsuz beynəlxalq silah ticarəti ilə əlaqəli olduğunu iddia edib.

Gürcüstanın İT şirkətlərinin birində çalışan Tamar Baçaliaşvili iyulun 18-də səhər saatlarında şəxsi avtomobilində evdən çıxıb və bir daha geri qayıtmayıb. İyulun 23-ü qızın cəsədi Tbilisidən 65 kilometr aralıda, Tetritskaro rayonunda avtomobilinin arxa oturacağında tapılıb. İş üzrə istintaq ay yarımdır ki, davam edir. Əsas versiya kimi intihar göstərilir.

Lakin mərhumun ailəsi bu versiya ilə qətiyyən razılaşmır. Ötən gün onlar Gürcüstan Baş Prokurorluğunun qarşısında etiraz aksiyası keçiriblər. Aksiyanın əsas tələbi "intihara sövq etmə" maddəsinin "qəsdən adam öldürmə" maddəsi ilə əvəzlənməsidir. Bununla yanaşı, ailə Tamarın avtomobilinin tapılmasından dörd gün əvvəl harada olduğunu müəyyənləşdirmək üçün peyk görüntülərinin yayımlanmasını tələb edir.

Avqustun əvvəllərində ölkənin yerli KİV-i Tamarın ölümündən bir müddət əvvəl üç yüksək vəzifəli Gürcüstan məmuru ilə əlaqəli gizli sənədləri deşifrə etdiyini bildirmişdi. Bundan sonra qızın təhdid mesajları almağa başladığı iddia edilir.

Son bir ayda Baçaliaşvilinin valideynləri Gürcüstanın Baş naziri Giorgi Qaxariyaya müraciət edərək istintaqdan bu şəxslərin adlarının verilməsini tələb edib. Tamarın anası Teona Tamazaşvili sözügedən üç məmurun Qarabağ münaqişəsi zonasına silah tədarükü ilə məşğul olduğunu bildirib.

"Mən Azərbaycan və Türkiyə səlahiyyətlilərindən bununla maraqlanmağa və Gürcüstan hökumətindən bu üç yüksək vəzifəli şəxslə əlaqəli sənədləri tələb etməyə çağırıram. Qızım təsadüfən onları açıb, Qarabağ zonasına silah tədarük sxemini ortaya çıxarıb. Silah alveri üçün qızımın hesabına müxtəlif şirkətlərdən milyonlarla vəsait köçürülüb. Bu səbəbdən də mənim övladımın yoxa çıxmasında Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əli olub",- deyə mərhumun anası iddia edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar