Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Vüqar Biləcərinin dəfnində iştirak edənlər cərimələndi

Tarix: 29-08-2020 21:41     Baxış: 3317 A- / A+
Vüqar Biləcərinin dəfnində iştirak edənlər cərimələndi

Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanmış görüntülərdə əks olunan 42 nəfər rayon Polis İdarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunmuş və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunmuşlar.

Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən dəfn mərasimini idarə edən axund Ş.Pircanov və daha 20 nəfər saxlanılaraq rayon Polis İdarəsinə gətirilmişlər. Onlar barəsində inzibati xəta haqında protokollar tərtib edilmiş, Ş.Pircanov 400 manat, digərləri isə 200 manat məbləğində cərimə olunmuşlar.

Dəfn mərasimində yayılmış görüntülərdə əks olunan digər şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Manevr.az
Vüqar Biləcərinin dəfnində iştirak edənlər cərimələndi

Vüqar Biləcərinin dəfnində iştirak edənlər cərimələndi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar