Xəbər lenti
Şair, jurnalist Qələndər Xaçınçaylı vəfat edib
"Həftə içi" qəzetinin əməkdaşı, jurnalist Qələndər Xaçınçaylı koronavirus səbəbindən müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, Qələndər İslam oğlu Əhmədov (Qələndər Xaçınçaylı) 1958-ci il aprel ayının 15-də Ağdam rayonunun Qalayçılar kəndində anadan olub. 1975-1983-cü illərdə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil alıb. Azərbaycanın müstəqilliyi, eləcə də, düşmən tapdağı altında olan Qarabağ, vətənpərvərlik mövzularında hazırladığı bədii-publisist yazılar ayrı-ayrı vaxtlarda çalışdığı ”Həftə içi” qəzeti ilə bərabər, “Xalq”, “Respublika, “525”-ci qəzet”, “Ədalət”, “Fəryad”, “Ordu” və eləcə də digər aparıcı mətbu orqanlarında dərc olunub.
1992-ci ildən “Fəryad” qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. Ayrı-ayrı mətbu orqanlarında şöbə müdiri, redaktor kimi fəaliyyət göstərib.
2006-cı ildən “Həftə içi” qəzetində müxbir vəzifəsində çalışıb. 2015-ci ildə Prezdent İlham Əliyevin sərəncamı ilə “Tərəqqi medalı”na layiq görülüb. Eləcə də, bədii yaradıcılığına görə 2016-2017-cı ildə “Prezident” təqaüdü alıb.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. Bu günə qədər 13 bədii-publisist «Qarabağın ağlar gözü”(1998), Qarabağa gedən yollar” (2000), Dünya mənim söz qalamdır”(2004), “Dərd ürəyimdə mamır bağlayıb”(2006), “Qeyrət qalası”( 2007), “Yaza tələsən çiçək”(2008), “İkinci ömrümü yaşayıram”(2012), “Ömür mənalı keçəndə”(2016), “El ağsaqqalı(2006)”. Şərəfli ömür (2009)”,”Güllə işığında(2018), “Dəyişmirik” (2019) kitablarının müəllifidir. “Xocalı” soyqırımından bəhs edən ”Didərgin” adlı povesti isə çapa hazırlanırdı.Hafta.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar