Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Silahlı şəxslərə qarşı XÜSUSİ ƏMƏLİYYAT: tutulanlar var

Tarix: 14-08-2020 19:17     Baxış: 4286 A- / A+
Silahlı şəxslərə qarşı XÜSUSİ ƏMƏLİYYAT: tutulanlar var


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, Baş İdarəyə Sübhan adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Sübhan İsayev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Steyr” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşlarının keçirdiyi daha bir tədbir zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Aslan Məhərrəmov saxlanılıb. Ondan 1 ədəd revolver sistemli tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.

Baş İdarə əməkdaşlarının İmişli rayonunda keçirdiyi əməliyyat zamanı isə rayon sakini Natiq Məmmədov tutulub. Onun İmişli rayonunda yaşadığı evə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, ona aid 5 ədəd daraq, ümumilikdə 167 ədəd patron və 2 ədəd qaz tapançası aşkar edilib.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Sübhan İsayev, Aslan Məhərrəmov və Natiq Məmmədov barəsində Nərimanov rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar