Sizin Reklam Burada
Xəbər lenti
16-06-2026
15-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda məşhur ticarət mərkəzində qanlı dava — TƏFƏRRÜAT

Tarix: 10-08-2020 04:02     Baxış: 4332 A- / A+
Bakıda məşhur ticarət mərkəzində qanlı dava

Bakıda məşhur ticarət mərkəzində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən İsmayıl Kərimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mahmud Ağalarovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin martın 31-də, gecə saat 23 radələrində b"Metropark” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən "Rahat” supermarketin işçisi İsmayıl Kərimli iş yoldaşı Rəşad Ağakişiyevlə mübahisə edib.

Daha sonra onların mübahisəsi ticarət mərkəzinin arxasında davam edib və onlar əlbəyaxa davaya çıxıblar.

Bu zaman İsmayıl Kərimli iş yoldaşı Rəşad Ağakişiyevi bıçaqlayıb.

Cinayəti törətməkdə şübhəli bilinən İsmayıl Kərimli tutulub.

İstintaq orqanı tərəfindən İsmayıl Kərimlinin barəsində Cinayət Məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar