Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda uşaq tərbiyəçi tərəfindən amansızcasına döyülüb?

Tarix: 17-01-2017 22:56     Baxış: 5305 A- / A+
Bakıda uşaq tərbiyəçi tərəfindən amansızcasına döyülüb?

Paytaxt sakini Vüqar Qocayev 5 yaşlı oğlu Umudun ötən gün bağçada Qala adlı müəllimə-tərbiyəçi tərəfindən döyüldüyünü iddia edir.

Onun sözlərinə görə, dünən övladını bağçaya yola salanda sifətində heç bir iz olmayıb. Amma axşam övladının arxasınca gedəndə aşkar edib ki, uşağın dodağında zərbənin təsirindən yaranan yara var. Uşaq deyib ki, onu müəlliməsi vurub.

Qarşı tərəf isə iddiaları inkar edir.

Hadisənin Binəqədi rayonu 193 saylı körpələr evində baş verdiyi bildirilir.

Valideyn dünən mobil telefon vasitəsilə Umudun bağça yoldaşlarından məlumatı dəqiqləşdirib. Onlar Umudun həqiqətən də tərbiyəçi tərəfindən zorakılığa məruz qaldığını bildiriblər.

Məsələ ilə bağlı sözügedən bağçaya getdik. Bağça rəhbərliyinin məzuniyyətdə olduğu deyildi. Qısa da olsa, 5 yaşlı Umudu döydüyü iddia edilən Qala adlı müəllimə ilə də söhbətləşə bildik. Umud kameramız önündə bir daha müəlliməsi tərəfindən vurulduğunu desə də, qadın bütün deyilənlərin yalan olduğunu bildirdi.

Müəllimə-tərbiyəçi iddia edir ki, uşaq sinifdə ya özü yıxılıb, ya da evdən gələndə bu vəziyyətdə olub.

Vüqar Qocayev məsələ ilə bağlı Binəqədi rayon 5-ci polis bölməsinə müraciət edib. Sözügedən məsələyə hüquqi qiymət araşdırmalardan sonra veriləcək.(xezerxeber.az)

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar