Sizin Reklam Burada
Xəbər lenti
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda azərbaycanlı və ermənilər arasında növbəti qarşıdurma olub

Tarix: 26-07-2020 21:01     Baxış: 4231 A- / A+
Gürcüstanda azərbaycanlı və ermənilər arasında növbəti qarşıdurma olub


Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində yerli azərbaycanlı və ermənilər arasında qarşıdurma olub.

Manevr.az xəbər verir ki, hadisəyə kəndin polis idarəsində işləyən erməni əsilli əməkdaşın oğlunun etdiyi hərəkət səbəb olub.

“Sadaxlı Dirçəliş İttifaqı”nın sədri Sabir Mehdiyev bildirib ki, Şaumyan kəndindən olan həmin şəxs Ermənistan dövlət nömrə nişanlı avtomobili ilə kəndin mərkəzində təhlükəli vəziyyət yaradıb: “O, yolda azərbaycanlı gənclərin olduğu avtomobilin qarşısını kəsib və nalayiq hərəkətlərə yol verib. Gəncin əməllərindən hiddətlənən kənd sakinləri onu saxlayıb və tərəflər arasında mübahisə, daha sonra isə fiziki qarşıdurma yaranıb. Erməni gənc azərbaycanlıların ünvanına təhqir, söyüş işlədib və hədə-qorxu gəlib”.

Təşkilat rəhbəri deyib ki, kənd sakinləri gəncin atasının polis sıralarından istefa verməsi tələbi ilə aksiya keçiriblər: “Hazırda kənddə vəziyyət sakitdir və insidentlə bağlı araşdırmaya başlanılıb”.“report”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar