Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

"İbrahim Borçalı oğlunun nəşini Bakıya gətirə bilmədi"

Tarix: 19-07-2020 10:05     Baxış: 3316 A- / A+
"İbrahim Borçalı oğlunun nəşini Bakıya gətirə bilmədi"


Xəbər verdiyimiz kimi, müğənni İbrahim Borçalının oğlu Rəhim ötən gün avtomobil qəzasında dünyasını dəyişib.
Sənətçi Gürcüstanda ölən oğlunun nəşini Bakıya gətirə bilməyib. Bu haqda şairə Nazilə Səfərli xəbər verib. O bildirib ki, İbrahimin həyat yoldaşı Zöhrə hələ də övladının öldüyünü bilmir:


"İbrahim Borçalı oğlunun nəşini Bakıya gətirə bilmədi. Uzun danışıqlardan sonra İbrahim, xanımı Zöhrə və qayınatası nəhayət ki, Gürcüstana keçə bildi. Qızı isə təəssüf ki, Bakıda qalmalı oldu. Bacının qardaşın vidasına gedə bilmədiyi dövrə gəldik. Nə ağır il oldu bu il. Ən pisi odur ki, Zöhrə yazıq hələ də bilmir oğlu rəhmətə gedib.

Sərhəddə xəyal qururmuş ki, mən karantində olana qədər oğlum komadan ayılar. İndilərdə evlərinə çatmış olarlar. Bilmirəm, ona niyə yalan dedik. Həqiqəti bilsəydi, bu uzun yolu onu aparmaq mümkün olmayacaqdı.

Oğlunu tabutda görüb necə tab gətirəcək... Heç bir ata-ana bu acını yaşamasın. Nə ağır dərtdir".

Qeyd edək ki, ağır avtomobil qəzası keçirən Rəhim yerindəcə dünyasını dəyişib. Türkiyədə təhsil alan gənc uzun müddətdir Gürcüstanda imiş.(axşam.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar