Xəbər lenti
Samirin ölümündən əvvəlki səsyazısı haqda araşdırma başladı
Xəbər verdiyimiz kimi, ötən gün AzTV-nin rejissoru Samir Nəcəfzadə koronavirusdan dünyasını dəyişib.
Manevr.az “qafqazinfo”ya istinadla xəbər verir ki, S. Nəcəfzadənin ölümündən əvvəl ailəsinə göndərdiyi səsyazısı sosial şəbəkələrdə müzakirə edilib. Mərhum müalicə aldığı xəstəxanada vəziyyətin pis olduğunu, xəstələrə yaxşı baxılmadığını bildirib.
O, boğulduğunu və maskayla zorla nəfəs aldığını, xəstəxananın sanitar qovşağında yer olmadığını diqqətə çatdırıb: “Vəziyyət çox pisdir. Biri ordan qışqırır, biri burdan. Əl yumağa su yoxdur. Bura çox pisdir”.
Əldə etdiyimiz məlumata görə, ki, S. Nəcəfzadə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) müalicə alıb. Bundan əvvəl də sosial şəbəkələrdə sözügedən xəstəxanada pasiyentlərə etinasız yanaşılması məsələsi müzakirə edilib.
Mərhumun atası Sabir Nəcəfzadə də saytımıza açıqlamasında itkinin onlar üçün ağır olduğunu qeyd edib. O bildirib ki, oğlunun ölümü qəfil baş verib. Yayılmış səsyazısına isə münasibət bildirməyəcəyini vurğulayıb.
“Qafqazinfo” məsələylə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevayla əlaqə saxlayıb. O məsələdən xəbərdar olduqlarını və bununla bağlı araşdırmaların getdiyini bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar