Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

Tarix: 28-06-2020 21:31     Baxış: 4261 A- / A+
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

Bakıda həkim anestezioloq-reanimatoloq Ceyhun Hacıyev vəfat edib.

Manevr.az xəbər verir ki, bu məlumatı millət vəkili Qənirə Paşayeva sosial şəbəkə hesabında paylaşıb.
Millət vəkili qeyd edib ki, C.Hacıyev təhlükəli virusa rayona yas mərasiminə gedərkən yoluxub və əlamətlər hiss ediləndən sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb:
"Bu gün çox ağır bir gün oldu mənimçün. Məktəb illərindən yaxından tanıdığım, gözəl insan Ceyhun bəy bir az öncə "COVİD-19"-dan həyatını itirdi. Ona nə qədər kömək etməyə çalışsaq da, artıq çox gec idi... Kasıb bir ailənin istedadlı övladı idi. Çalışırdı, oxuyurdu. Min bir əziyyətdən keçmişdi. 50 yaşı tamam olmamış "COVİD-19"un qurbanı oldu. Əgər onun kəndə yas yerinə gedəcəyini bilsəydim, getməsinə mütləq əngəl olardım. Bu bəlaya yoluxub gəldiyində - ilk simptomlar artıq özünü biruzə verməyə başlayanda xəbərim olsaydı, onu həmin dəqiqə peşəkar həkim heyətinə çatdırardım. İcazə verməzdim saatlar itirsin. Xəstəlik elə sürətlə irəliləmişdi ki, mənə xəbər verəndə, artıq süni tənəffüs aparatının altında belə... qanda oksigenin səviyyəsi çox aşağı idi. Məlumat alan kimi 30-40 dəqiqə içində onu 1 saylı Şəhər Klinik Xəstəxanasında yerləşdirməyə nail ola bildik. O, xüsusi tənəffüs aparatına qoşulanda sevindik. (Təəsüf ki indi bu aparata ehtiyacı olanlarımız, reanimasiyada intensiv müalicə alan vətəndaşlarımız heç də az deyil.) Amma xəstəxanaya çatdırılandan 15-20 dəqiqə keçməmiş onun vəfat etməsi xəbəri ilə sarsıldıq..Nə gizlədim, hər gün millət vəkili kimi mənə müraciətlərə əsasən ən azı 2-3 ağır xəstəni, səhərin erkən saatları, gecədən keçmiş demədən... xəstəxanaya yerləşdirmək üçün çalışırıq. Hər gün "COVİD-19"dan ağır vəziyyətə düşən xəstələrin ailələrinin göz yaşı və acısını paylaşırıq. Çox sarsılmışıq, çox..."
Qeyd edək ki, Ceyhun Hacıyev 1990-1997-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil alıb. 1998-2015-ci illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. 2015-ci ildən özəl klinikların birində fəaliyyət göstərib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar