Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada azərbaycanlı tələbəni qətlə yetirən şəxs saxlanıldı

Tarix: 21-06-2020 16:16     Baxış: 3298 A- / A+
Rusiyada azərbaycanlı tələbəni qətlə yetirən şəxs saxlanıldı


Bir neçə gün əvvəl Rusiyanın Volqoqrad şəhərində Azərbaycandan olan tələbə Teymur Qavrilovu qətlə yetirmiş Vitali Vasilyev Smolenskdə saxlanılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Təhqiqat İdarəsi məlumat yayıb. Qətldə şübhəli bilinən 22 yaşlı Volqoqrad sakini federal axtarışa verilmişdi. V.Vasilyevin Smolenskdən Volqoqrada gətirilməsi üçün tədbirlər görülür.

Xatırladaq ki, Volqoqrad Tibb Universitetinin birinci kurs tələbəsi, Gəncə şəhərindən olan 17 yaşlı Teymur Qavrilov iyunun 12-də axşam saatlarında yataqxanaya qayıdarkən qətlə yetirilib. Vilayətin qubernatoru Andrey Boçarov qatil haqqında məlumat verən şəxsə 1 milyon rubl məbləğində mükafat vəd etmişdi.

Teymur Qavrilovun nəşi Gəncəyə gətirilərək dəfn olunub. (azərtac)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar