Xəbər lenti
Onu yaralayan şəxsin adını qanı ilə döşəməyə yazdı -ŞƏKİLLƏR

Türkiyənin İstanbul şəhərində qadın onu silahla vuran şəxsin adını qanı ilə döşəməyə yazıb.
Manevr.az Haberler.com-a istinadən məlumat verir ki, hadisə Zeytinburnu rayonunda baş verib.
Belə ki, 49 yaşlı Nurtaç Canan əri Ragıp Canana boşanacağını və valideynlərinin evinə qayıdacağını deyib. Bu zaman R.Canan oldu silahla onun hər iki ayağından vuraraq qaçıb. Öləcəyini düşünən qadın qanı ilə döşəməyə onu silahla vuran adamın adını yazıb.
Hadisə yerindən qaçan R.Canan isə oğluna anasını döydüyünü bildirib.
Anasını qan içində tapan uşaq təcili yardıma və polisə xəbər verib. Hadisə yerinə gələn səhiyyə işçiləri qadına ilkin tibbi yardım göstərib və onu xəstəxanaya yerləşdiriblər. Polislər isə döşəmədə adı yazılan şübhəlinin axtarışına başlayıb, onu tapıblar.
Faktla bağlı araşdırma davam edir.


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar