Xəbər lenti
QHT rəhbəri koronavirusa yoluxdu: “O, mənəm...”
Bir neçə gün bundan öncə sosial şəbəkələrdə Gəncədəki QHT sədrinin koronavirusa yoluxması ilə bağlı məlumat yayılmışdı.
Manevr.az meedicina.az-a istinadən xəbər verir ki, bu gün “Təmas” regional inkişaf ictimai birliyinin sədri Südabə Məmmədova bununla bağlı öz “Facebook” səhifəsində məlumat yayıb:
“Gəncədə COVİD-ə yoluxan QHT rəhbəri mənəm və hazırda xəstəxanadayam. Mənə görə narahat olan dostlar hər birinizə təşəkkürümü bildirirəm.
Xüsusən, Sahib Mammadov müəllim xüsusi dəstəyinizə görə təşəkkürümü bildirirəm. Nəzərinizə çatdırım ki, məndə xəstəlik çox yüngül formada keçir. Mən evdə də qala bilərdim, heç test də verməyə bilərdim. Lakin mən anamı və oğlumu, bütün ətrafımda olan dostlarımı, xalqımı, hər kəsi çox sevdiyim üçün xəstəxanaya gəlmək istədim. Problem o idi ki, mənim adım səhv düşmüşdü və sadəcə evdən çıxmağım gecikirdi deyə çox narahat olurdum. Yoluxmam nədən olub, niyə olub?
Sadəcə “mən inanmıram” deyən, “qrip idim indi sağalmişam” deyən gözəl xalqım! Sən sağaldın, amma sənin ailə üzvün daşıyıcı olur. Və “inanmıram” deyənlərin nəzərinə: həkimlərimizi qoruyaq. Ailəmizi qoruyaq, nəhayət özümüzü qoruyaq. Mənim həyatımın heç vaxt yalan tərəfi olmayıb.
Bunu yazmaya və hec kimə bildirmədən “qrip idim sağaldım” deyə bilərdim. Məndə hətta qızdırma belə yox idi. Lakin düşünürəm ki, bu yazını yazıb kimisə inandıra bilərəm. Qaydalara riayət edin. Sevdiklərinizi qoruyun!”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar