Xəbər lenti
Rektor hər iki valideynini itirmiş tələbəni borca görə imtahana buraxmadı

Odlar Yurdu Universitetinin informatika fakultəsinin 1-ci kurs tələbəsi Bağırova Fatimə təhsil haqqının qalıq 500 manat borcunu ödəyə bilmədiyi üçün iyunun 12-də keçiriləcək imtahana buraxılmayacaq.
Manevr.az xəbər verir ki, bu barədə məlumatı yenisabah.az-a iqtisadçı ekspert Qadir İbrahimli verib. Onun sözlərinə görə, Fatimə Bağırovanın hər iki valideyni dünyasını dəyişib. O, nənəsinin himayəsindədir.
İqtisadçı ekspert Odlar Yurdu Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin ölkənin imkanlı şəxslərindən biri olduğunu xatırladıb. “Əhməd Vəliyevin özəl klinikası (“Oksigen”), bankı (“Muğanbak”) və çoxsaylı obyektləri var. Onun bir yetim qıza dəstək olmaması sadəcə təəssüf doğurur”, - deyə Qadir İbrahimli bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar