Xəbər lenti
Bakıda bıçaqlanan şəxs xəstəxanadan evə buraxıldı - QƏFİL ÖLDÜ

Bakıda kirayənişini tərəfindən ötən ay bıçaqlanmış şəxs ölüb.
Hadisə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivində qeydə alınıb.
Məlumata görə, bu il mayın 2-də Sərdar Hacıyev ona məxsus evdə kirayədə yaşayan Vüqar Məmmədov arasında mübahisə baş verib.
Bu zaman kirayənişin ev sahibinə bıçaqla xəsarət yetirib. V.Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət başlanılıb və o, tutulub.
S.Hacıyev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və 20 gün sonra yəni, mayın 22-də xəstəxanadan evə buraxılıb. O, xəstəxanadan buraxıldıqdan 17 gün sonra sonra qəfildən ölüb.
Hazırda hüquq-mühafizə orqanları və tibbi ekspertiza işçiləri tərəfindən onun ölümünün dəqiq səbəbləri araşdırılır.(report)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































