Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda koronavirusa yoluxan işçilərə görə xəstəxana bağlanıb? - RƏSMİ AÇIQLAMA

Tarix: 02-06-2020 17:34     Baxış: 3187 A- / A+
Azərbaycanda koronavirusa yoluxan işçilərə görə xəstəxana bağlanıb? - RƏSMİ AÇIQLAMA

Bərdə rayonunda yerləşən Regional Diaqnostika Mərkəzinin fəaliyyətini bir neçə günlük dayandırdığına dair məlumatlar yayılıb.

Manevr.az xəbər verir ki, iddialara görə, səhiyyə müəssisəsinin fəaliyyətini dayandırmasına orada çalışan üç tibb işçisinin koronavirusa yoluxması səbəb olub.

Onların Goranboy rayonunda koronaviruslu xəstələrə yardım göstərərkən yoluxduğu bildirilir.

Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəti Rəvanə Əliyeva oxu.az-a açıqlamasında bildirib ki, bu, tibb müəssisəsində kimlərinsə virusa yoluxması ilə bağlı olmur:

“Biz daha əvvəl də bildirmişdik ki, tibb müəssisələrinin fəaliyyətlərində bir neçə günlük məhdudiyyətlərin olması həmin müəssisələrdə aparılan dezinfeksiya tədbirləri ilə bağlı ola bilir.

Bu isə ölkə ərazisində koronavirusla mübarizə çərçivəsində aparılan tədbirlərə uyğundur. İstər paytaxt ərazisində, istərsə də regionlarda hər hansı tibb müəssisələrinin bağlanmasını sırf yoluxma halları ilə bağlamaq doğru deyil.

Bununla bağlı daha əvvəl də açıqlamalar verilib. Tibb müəssisələrinin dezinfeksiya tədbirləri ilə bağlı bir neçə günlük bağlanması kimi məqamlar ola bilər”.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar